İran, “Avropa üçlüyü”nün (Almaniya, Fransa və Britaniya) nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqların bərpasına dair müraciətini nəzərdən keçirir.
Tvit.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi öz eksklüziv materialında məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar İran Xarici İşlər Nazirliyinin müavinləri və adıçəkilən üç Avropa ölkəsinin nümayəndələri səviyyəsində baş tuta bilər. Lakin bu mümkün danışıqların vaxtı və yeri hələlik bəlli deyil.
Bu məlumat Qərb mediasında həmin müraciətə dair xəbərlər və “Avropa üçlüyü”nün əgər nüvə sazişi əldə olunmazsa, İrana qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı bəyanatları fonunda yayılıb.