Almaniya kansleri Fridrix Mers Ukraynanın Avropa İttifaqına yaxın vaxtlarda üzv olacağına şübhə ilə yanaşdığını bildirib.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
O qeyd edib ki, hər halda bu, münaqişə bitmədən çətin ki, mümkün olsun.
“Bizim üçün əsas prioritet – bu müharibənin başa çatması üçün hər şeyi etməkdir”, – deyə o, Berlində Rumıniya prezidenti Nikuşor Dan ilə keçirdiyi mətbuat konfransında bildirib. “Daha sonra biz Ukraynanın bərpasını müzakirə edəcəyik”, – deyə Mers əlavə edib.
Kanslerin sözlərinə görə, Ukraynanın Aİ-yə yaxınlaşması mərhələli şəkildə baş verəcək, lakin o, hələ də münaqişə vəziyyətində olduğu üçün çətin ki, mümkün olsun.
Aysel Şirinova