Almaniya Müdafiə Nazirliyi Ukraynaya Patriot zenit-raket komplekslərinin (ZRK) tədarükünün hələ başlamadığını və hazırda razılaşdırma mərhələsində olduğunu bildirib.
Tvit.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mitko Muller məlumat verib.
“Mən hazırda nəyinsə yolda olduğunu təsdiq edə bilmərəm. Bu barədə mənim məlumatım yoxdur”, – deyə o, bildirib.
Müller əlavə edib ki, konkret tədarük şərtləri, o cümlədən sistemlərin növü hələ də müzakirə mərhələsindədir.
O bildirib ki, belə komplekslərin tədarükü aylar çəkə bilər, çünki Patriot sistemlərini sadəcə rəfdən götürmək mümkün deyil.
Aysel Şirinova