Almaniya ABŞ-dan Ukraynaya sonradan təchiz etmək üçün beş ədəd Patriot zenit raket kompleksləri almaq niyyətindədir.
Tvit.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib. Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu təkliflə Almaniyanın kansleri Fridrix Mertsa müraciət edib.
Bildirilir ki, Almaniyanın kansleri Trampın təklifini qəbul edib, lakin bunun üçün maliyyələşdirməni digər Avropa liderləri ilə müzakirə etməli olduğunu vurğulayıb.
Bundan əlavə, qəzet iddia edir ki, Tramp Ukraynaya edilən hücumların videosunu izlədikdən sonra Rusiyaya qarşı səbrini itirib.
Aysel Şirinova