Yəmənin üsyankar “Ənsar Allah” hərəkatı tərəfindən formalaşdırılmış silahlı qüvvələr İsrailin cənubunda yerləşən Negev səhrasındakı hərbi obyektə və Eylat şəhərindəki limana zərbələr endiriblər.
Tvit.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib.
Üsyançılara məxsus “Al Masirah” telekanalında çıxış edən Səriə bildirib ki, husilər üç pilotsuz uçuş aparatından istifadə etməklə koordinasiyalı əməliyyat keçiriblər.
Onlardan ikisi Negev bölgəsindəki mühüm hərbi obyektinə, üçüncüsü isə işğal olunmuş Fələstində yerləşən Umm-ər-Rəşraş limanına hücum edib.
Aysel Şirinova