İsrail Hərbi Hava Qüvvələri Suriyada hökumət qüvvələrinin hərbi texnikasına və onların təchizat yollarına zərbələr endirib.
Tvit.az xəbər verir ki bu barədə "Kazinform" məlumat yayıb.
Məlumata əsasən, bu hücumlar Suriya ordusunun Suveyda şəhərinə daxil olmasından sonra həyata keçirilib. Suriya ordusunun azı bir tankının sıradan çıxarıldığı, əsgərinin isə yaralandığı qeyd edilib.
İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri əməliyyatın Druza qarşı zorakılıqlarının qarşısını almaq, habelə İsrail sərhədi yaxınlığında yerləşən Suriya ərazilərinin demilitarizasiyasını təmin etmək məqsədi daşıdığını bildiriblər.
Aysel Şirinova