Amerika Birləşmiş Ştatları BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albanese qarşı sanksiyalar tətbiq edir.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsini ABŞ və İsrail rəsmiləri, şirkətləri və liderlərinə qarşı hərəkətə keçməyə təhrik etmək üçün etdiyi qanunsuz və biabırçı cəhdlərinə görə sanksiyalar tətbiq edirəm ”, - deyə nəşr qeyd edib.