ABŞ Nümayəndələr Palatasında demokrat azlıqların lideri Hakeem Cefri Konqresin aşağı palatasında ən uzun çıxışı üçün tarixi rekord müəyyənləşdirib.
Tvit.az xəbər verir ki, siyasətçi 8,5 saatdan çox fasilə vermədən danışıb.
Çıxışı zamanı siyasətçi ABŞ Prezidenti Donald Trampın xərclər və vergilərlə bağlı qanununu tənqid edib.
Bundan əvvəl rekord 2021-ci ildə 8 saat 32 dəqiqə çıxış edən sabiq Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə məxsus olub.
Senatda isə ən uzun çıxış edən şəxs Nyu-Cersi ştatından olan demokrat senator Kori Buker olub. O da Trampı tənqid edib və çıxışı bir sutkadan çox davam edib.
Aysel Şirinova