Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender çap məhsullarının satınalınması ilə bağlı idi. Tenderin qalibi "Narıncı Nəşriyyat Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 88 min 65 manat təşkil edib.