2025-ci ilin may ayında Cənubi Koreyaya Rusiya alüminiumunun idxalı illik müqayisədə üç dəfə artıb.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın statistik xidməti məlumat yayıb.
İdxalın həcmi rekord həddə 126,5 milyon dollar qiymətləndirilir. Nəticədə, Rusiya bu metalın Koreyaya əsas tədarükçüləri siyahısında altıncı yerdən ikinci yerə yüksəlib.
Birinci yerdə Çin (159,7 milyon dollar), ikinci yerdə isə Avstraliya (89,2 milyon dollar) qərarlaşıb.
Elmin Alışov