Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qoşulu qalan şarj cihazları enerji sərf edir?
sosial

Qoşulu qalan şarj cihazları enerji sərf edir?

17-06-2025 22:00 22 Baxış
IMG

Gündəlik həyatda tez-tez rast gəlinən vərdişlərdən biri də şarj cihazlarını istifadə etmədiyimiz halda belə prizdə saxlamaqdır. Bəs bu zaman enerji sərfiyyatı davam edirmi?

Tvit.az xarici mediaya istinadən xəbər verir, mütəxəssislərin açıqlamalarına əsasən, bəli – hər hansı cihaz qoşulmasa belə, prizdə boşda qalan şarj adapterləri müəyyən miqdarda elektrik enerjisi sərf etməyə davam edir. Bu sərfiyyat aktiv şarj zamanı olduğu qədər yüksək olmasa da, uzun müddət ərzində yığıldıqda ümumi enerji itkisinə səbəb ola bilər.

Telefon, planşet və kompüter kimi cihazlarla istifadə olunan adapterlərin çoxu istirahət rejimində olsa da, elektrik dövrəsinə qoşulu vəziyyətdə qalır. Bu isə onların çox az miqdarda da olsa enerji çəkməsinə yol açır.

Mütəxəssislər enerji itkisinin qarşısını almaq və təhlükəsizlik risklərini azaltmaq üçün şarj cihazlarını istifadədən sonra prizdən çıxarmağı tövsiyə edirlər.

Aysel Şirinova