Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Fərid Qayıbov UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüşüb
sosial

Fərid Qayıbov UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüşüb

17-06-2025 22:00 27 Baxış
IMG

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

 

Tvit.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə onlara uğurlar arzulayıb.

 

İdmançılar isə öz növbəsində yarışa hazırlıqları barədə məlumat veriblər.

 

Qeyd edək ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də T.Musayevin UFC-də debütü olacaq.