ABŞ Ordusu İsrailə İranın raket hücumlarını dəf etməyə kömək edir.
Tvit.az xəbər verir ki, bu barədə "Axios"un İsrail rəsmisnə istinadən yaydığı məlumatda bildirilir.
"İsrail raketdən müdafiə sistemləri yaxınlaşan hücumun qarşısını almaq üçün çoxlu sayda raket buraxdı. Həmçinin ABŞ qoşunları İsrailə gələn raketlərin qarşısını kəsməkdə kömək edir", - məlumatda deyilir.
Qeyd edək ki, bir neçə raket Təl-Əvivin mərkəzinə düşüb.
Bundan əvvəl İran İsrailə ikinci raket dalğasının atılası barədə məlumat verib.
Aysel Şirinova