İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır.
Tvit.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sosial media hesabında deyib.
“İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır. İranın nüvə proqramı ilə bağlı danışıqların gücləndiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda baş verən bu hücumlar İsrailin qayda pozan zehniyyətini nümayiş etdirir”,- deyə Ərdoğan bildirib.
Elmin Alışov