Gürcüstan prezidenti Salome Zurabişvili dünən keçirilən parlament seçkilərinə “Rusiya əməliyyatı” ilə müdaxilə edildiyini iddia edərək seçkinin nəticələrini qəbul etməyəcəklərini bəyan edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Zurabişvili müxalifət partiyalarını və seçkinin nəticələrini tanımayan ictimaiyyəti sabah parlament binası qarşısına toplaşmağa dəvət edib.
Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü arzusu partiyası qalib gəlib.
Elmin Alışov