Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Mask Rusiyadan raket almağa cəhd edib - Atası
dünya

Mask Rusiyadan raket almağa cəhd edib - Atası

10-06-2025 22:00 66 Baxış
IMG

İlon Mask raket istehsalına başladığı dövrdə Rusiyadan bir raket almağa cəhd edib, lakin bu, zarafat kimi qəbul edildiyi üçün ona rədd cavabı verilib.

Tvit.az xəbər verir ki, bu barədə onun atası, mühəndis və iş adamı Errol Mask "Gələcəyin Forumu – 2050" də çıxışı zamanı danışıb.

"O, Rusiyadan raket almağa cəhd edib. Məhz Rusiya, hamımızın bildiyi kimi, ilk raketlərin vətənidir. Ona raket vermədilər, çünki onun zarafat etdiyini düşündülər", – deyə o, gülərək qeyd edib.

Atasının sözlərinə görə, bundan sonra Mask SpaceX şirkəti çərçivəsində raketlərin istehsalı ilə şəxsi şəkildə məşğul olmağa başlayıb.

Aysel Şirinova