Avstriyanın Qraz şəhərində orta məktəbə atışma nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölkə mətbuatında yer alan xəbərə görə, ölkə tarixində bu böyüklükdə ilk hücumda 8 nəfəri öldürən təcavüzkar məktəbin tualetində intihar edib. Hücum edən şəxsin məktəbdə şagird olduğu bildirilib.
Elmin Alışov