Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Microsoft" hakerləri izləyəcək
dünya

"Microsoft" hakerləri izləyəcək

04-06-2025 17:00 35 Baxış
IMG

"Microsoft” korporasiyası təhdidlərə operativ reaksiya vermək üçün hakerlərin məlumat bazasını toplamaq istəyini açıqlayıb.

Tvit.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.

Şirkət bildirib ki, kiberhücumlara gec reaksiya verilməsinin əsas səbəblərindən biri təhlükə mənbəyinin düzgün müəyyən olunmamasıdır. Buna görə də, Microsoft dünyada tanınmış haker qruplarının qeydiyyata alınıb işarələndiyi bir baza yaratmağı planlaşdırır.

Bu bazadan dövlət orqanları, təhlükəsizlik üzrə ekspertlər, müəssisələr və təhlükəsizlik vasitələri təminatçıları istifadə edəcək.

Şirkət bildirib ki, bu sayədə mütəxəssislər məlumatları daha tez əlaqələndirib, qərarları daha inamla verə biləcəklər.

Qeyd edək ki, İT nəhəngi bu təşəbbüsü tərəfdaşı Crowdstrike ilə birlikdə həyata keçirməyi planlayır.

Aysel Şirinova