Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 4 aptekdə nöqsanlar aşkarlandı
sosial

4 aptekdə nöqsanlar aşkarlandı

04-06-2025 14:00 34 Baxış
IMG

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Bu barədə "Tvit.az"a AEM-dən məlumat verilib.

Yoxlamalar zamanı 4 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.