Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriya İsrailə Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə raket atıb
dünya

Suriya İsrailə Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə raket atıb

03-06-2025 23:00 33 Baxış
IMG

Suriyanın cənubundan Colan təpələrinə iki raket atılıb.

Tvit.az bu barədə İsrail mediasına istinadən xəbər verir. 

Məlumata görə, hər iki raket açıq ərazilərə düşüb, xəsarət alan olmayıb.

Bildirilib ki, bu, 5 may 2024-cü ildən bəri Suriya ərazisindən İsrailə ilk raket hücumu və dekabrda Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk raket hücumudur