Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ağ Ev prezident Ərdoğanın təklifinə cavab verdi
dünya

Ağ Ev prezident Ərdoğanın təklifinə cavab verdi

02-06-2025 23:00 33 Baxış
IMG

Ağ Ev prezident Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüş çağırışına cavab verib. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Türkiyədə üçtərəfli sammit təklifinə açıq olduğu deyib.

Ağ Evin mətbuat katibi Karolin Levit qeyd edib ki, Tramp belə bir təklifə hazırdır. Lakin o, hər iki liderin və hər iki tərəfin bir yerdə oturmasını istəyir. 

Prezident Ərdoğan bu gün Rusiya və Ukrayna arasında keçirilən danışıqların ikinci raundunun yekunlarına dair açıqlama verib: 

"Hər iki tərəf üçün ən böyük arzum, cənab Vladimir Putin və cənab Zelenskini İstanbulda və ya Ankarada bir araya gətirməkdir. Hətta cənab Trampı da özləri ilə gətirməkdir. Əgər qəbul etsələr, bu görüşdə onlarla bir araya gəlmək və beləliklə, İstanbulu sülh mərkəzinə çevirmək istərdim. Bu görüşdən sonra bu istiqamətdə ilk addımları atacağıq".