Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bill Qeytsin sərvəti Afrikaya gedəcək
dünya

Bill Qeytsin sərvəti Afrikaya gedəcək

02-06-2025 22:00 24 Baxış
IMG

"Microsoft”un qurucusu Bill Qeytsin sərvətinin ən böyük payı Afrikaya gedəcək.

Tvit.az xəbər verir ki, o, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı bildirib.

"Mən bu yaxınlarda söz verdim ki, sərvətim növbəti 20 il ərzində bağışlanacaq", - o deyib.

O əlavə edib ki, pul Bill və Melinda Qeyts Fondu vasitəsilə gələcək.

Yazda Qeyts 2045-ci ilə qədər bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.

Qeyts hazırda dünyanın ən varlı adamları siyahısında beşinci yerdədir. Onun şəxsi sərvəti 175 milyard dollardır.