Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı xam neftin tavan qiymətinin aşağı salınmasını ehtiva edən 18-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb.
Tvit.az xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ senatoru Lindsey Graham ilə görüşündən sonra sosial media hesabında bildirib.
"Aİ xam neftin tavan qiymətinin endirilməsi də daxil olmaqla, 18-ci sərt sanksiyalar paketini hazırlayır. Bu addımlar ABŞ-nin gördüyü tədbirlərlə birlikdə atıldığında, sanksiyalarımızın ortaq təsirini əhəmiyyətli dərəcədə artıracaq",-deyə o qeyd edib.
Elmin Alışov