Hindistanın Baş naziri Narendra Modi, Kanada ilə münasibətlərdəki gərginlik səbəbindən altı ildən sonra ilk dəfə olaraq “Böyük Yeddilik” (G7) sammitini buraxa bilər.
Tvit.az xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat verib.
Qeyd olunur ki, Hindistan rəsmi olaraq G7-nin üzvü olmasa da, son illərdə ölkə rəhbərliyi tədbirə qonaq qismində dəvət olunurdu.
Yeni Dehli hələlik Kanada tərəfindən dəvət almayıb. Bununla yanaşı, qeyd olunur ki, Modi-nin sammitdə iştirakı dəvət olmasa belə, 2023-cü ilin sentyabrında Ottava ilə yaşanan münaqişəyə görə gəlişi sual altındadır.