Təkcə Rusiya prezidenti Vladimir Putin deyil, Ukrayna lideri Vladimir Zelenski də çox inadkardır.
Tvit.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.
Amerikalı siyasətçi həmçinin əlavə edib ki, danışıqlar zamanı Rusiyanın Kiyevə zərbələri onu çox təəccübləndirir və məyus edir.
"Bitirmək üzrə olduğunu düşündüyüm danışıqlar zamanı Kiyev kimi şəhərlərə raketlərin atılması məni çox təəccübləndirdi. Biz artıq problemin həllinə yaxınlaşırdıq və birdən atəş başladı", - Tramp şikayətlənib. Siyasətçi əlavə edib ki, belə sürprizləri sevmir.
Aysel Şirinova