Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Volvo"da kütləvi ixtisarlar olacaq
sosial

"Volvo"da kütləvi ixtisarlar olacaq

26-05-2025 21:00 55 Baxış
IMG

İsveçin "Volvo" avtomobil şirkəti üç min iş yerinin ixtisar ediləcəyini elan edib.

 

Tvit.az şirkətin rəsmi saytına istinadla xəbər verir ki, ixtisarlar əsasən ofis əməkdaşlarını əhatə edəcək.

 

Bildirilir ki, ixtisarlar belə iş yerlərinin təxminən 15 faizini təşkil edəcək. Hazırda "Volvo"nun ofis ştatında 43,5 min nəfər çalışır.

 

İxtisarların əsas hissəsi şirkətin İsveçdəki əməkdaşlarına təsir edəcək. Şirkət bu yolla xərclərini 1,9 milyard dollar azaltmağı planlaşdırır.

 

Qeyd edək ki, "Volvo" Çinin "Geely" avtomobil konserninə məxsusdur.