Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda daha 55 avtomobil hərraca çıxarılır
sosial

Azərbaycanda daha 55 avtomobil hərraca çıxarılır

26-05-2025 20:00 63 Baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 15-də dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 340 995 manat olan 55 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.


Hərraclar barədə ətraflı məlumatı buradanəldə etmək mümkündür.