Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah Yasamalda qaz olmayacaq
sosial

Sabah Yasamalda qaz olmayacaq

26-05-2025 18:00 54 Baxış
IMG

Sabah Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

 

İşlərin yekunlaşdırılması məqsədi ilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.