Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ sülh istəmir - Matviyenko
dünya

Aİ sülh istəmir - Matviyenko

21-05-2025 17:00 117 Baxış
IMG
Avropa Birliyi Ukrayna məsələsində hər hansı real sülh prosesinin başlanmasının qarşısını almaq istəyir.
Tvit.az xəbər verir ki, bu barədə Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.

"Onların planı aydındır - Ukrayna ilə bağlı istənilən real sülh üzrə danışıqlar prosesinin başlanmasının qarşısını almaq", - deyə o, müsahibəsində bildirib.

Matviyenko qeyd edib ki, hər bir ağıllı insana aydındır ki, biz bu barədə deyil, yenidən silahlanmadan danışırıq. O, avropalıların bütün çağırışlarını kinayəli spekulyasiya adlandırıb.

Aysel Şirinova