Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çindən Rusiya - Ukrayna danışıqlarına dəstək
dünya

Çindən Rusiya - Ukrayna danışıqlarına dəstək

19-05-2025 11:00 31 Baxış
IMG

Çin hakimiyyəti Ukrayna böhranının ədalətli həlli naminə Rusiya və Ukrayna arasında dialoqun davam etdirilməsinin lehinədir.

Tvit.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.

"Biz ümid edirik ki, tərəflər onların hər biri üçün məqbul olan ədalətli, davamlı və bağlayıcı sülh sazişinə nail olmaq üçün müzakirə və dialoqu davam etdirəcək və nəticədə Ukrayna böhranının siyasi həllinə nail olacaqlar", - deyə o, İstanbulda keçirilən danışıqları şərh edərkən bildirib.

Rəsmi nümayəndə əlavə edib ki, Pekin Ukrayna problemi ilə bağlı tutarlı və aydın mövqe tutur.