Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan və İran azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO
sosial

Azərbaycan və İran azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO

18-05-2025 11:00 25 Baxış
IMG

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Bu barədə "Tvit.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.