ABŞ Prezidenti Donald Trampın daxili siyasətində əsas yer tutan "Böyük, Gözəl Qanun" layihəsi Konqresdə ciddi maneə ilə üzləşib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, respublikaçı fiskal mühafizəkarlar layihənin irəli sürülməsi ilə bağlı əsas səsverməni bloklayaraq Trampın vergi və büdcə siyasətinə zərbə vurublar.
Trampın təşəbbüs göstərdiyi bu qanun layihəsi birinci prezidentlik dönəmində tətbiq olunan vergi güzəştlərinin uzadılması ilə yanaşı, milyondan çox azgəlirli amerikalının tibbi sığortasız qalması bahasına büdcəyə qənaət etməyi nəzərdə tutur.
Lakin Respublikaçılar Partiyasının daxilindəki dərin fikir ayrılıqları və daxili çəkişmələr qanun layihəsinin qəbulunu çətinləşdirir. Bu səbəbdən növbəti həftə Nümayəndələr Palatasında keçiriləcək ümumi səsvermənin nəticəsi qeyri-müəyyən olaraq qalır.
Aysel Şirinova