Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender təşviqat və marketinq xidmətlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "UMA" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 241.256,9 AZN təşkil edib.