Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmada artım olub
sosial

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmada artım olub

15-05-2025 17:00 25 Baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 45 milyon 28,3 min ton yük, 582,1 milyon sərnişin daşınıb.

“Tvit.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 % (2 milyon 945,8 min sərnişin) və 6,6 % (35 milyon 900,1 min sərnişin) çoxdur.

Hesabat dövründə 556 milyon 586,8 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin dörd ayı ilə müqayisədə 35 milyon 925,6 min nəfər və ya 6,9 % çoxdur. 2025-ci ilin yanvar-aprel aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 25 min nəfər və ya 0,1 % azalaraq 25 milyon 514 min nəfər olub.

Sərnişinlərin 95,6 %-i avtobus, 4,4 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

Qeyd edək ki, 2025-ci ilin 4 ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 59,2 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə danışıb.