Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Polşa Serb prezidentinə qadağa qoyacaq
dünya

Polşa Serb prezidentinə qadağa qoyacaq

13-05-2025 21:00 19 Baxış
IMG

Polşa Serb Respublikasının Prezidenti Milorad Dodikin öz ərazisinə daxil olmasına qadağa qoyacaq. 

Tvit.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən bildirilib.

"Milorad Dodikə girişin qadağan edilməsi proseduru başladı. Hələ ki, bu iş davam edir və bir neçə gün ərzində başa çatacaq", - deyə bildirilib.

Bundan əvvəl Avstriya və Almaniya tərəfindən Dodikə giriş qadağası qoyulub.

Buna səbəb Bosniya və Herseqovinadakı konstitusiya böhranı olub. Vyana və Berlin konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq növbəti tədbirlər görmək qərarına gəliblər.

Aysel