Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan onu Türkmənistana təhvil verdi
sosial

Azərbaycan onu Türkmənistana təhvil verdi

13-05-2025 17:00 21 Baxış
IMG

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Saparov Atarejep Agajepbaroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Bu barədə Tvit.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Məlumata görə, Saparov Atarejep Agajepbaroviç şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib, o cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.