Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ən aktiv vulkan püskürdü
dünya

Ən aktiv vulkan püskürdü

13-05-2025 16:00 16 Baxış
IMG

Filippinin ən aktiv vulkanlarından biri olan Kanlaon püskürüb.

Tvit.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Püskürmə yerli vaxtla səhərə yaxın saat üçdə baş verib və təxminən beş dəqiqə davam edib.

 Püskürmə zamanı vulkan 4,5 kilometr hündürlükdə kül sütunu buraxıb. Ətraf ərazilərdə vulkan təhlükəsi səviyyəsinin beşdən üçü elan edilib. Bu səviyyə lava axını riskinin artması və bir neçə həftə ərzində təhlükəli püskürmə ehtimalını nəzərdə tutur.

Yerli sakinlərdən kraterə altı kilometrdən yaxın yaxınlaşmamaq, pilotlardan isə zirvəyə yaxın uçmamaq barədə xəbərdarlıq edilib. Səlahiyyətlilər vulkanın aktivliyinin artmaqda davam edəcəyi təqdirdə potensial təxliyələrə hazırlaşır.

Aysel Şirinova