Hindistan və Pakistan qoşunlarını sərhədlərdən çıxarmağı nəzərdən keçirəcək.
Tvit.az xəbər verir ki, bu barədə iki ölkənin hərbi əməliyyat komandirləri arasında aparılan danışıqların yekunları üzrə ANI agentliyi məlumat yayıb.
"Müzakirələrdə əsas diqqət hər iki tərəfin bir-birlərinə qarşı heç bir atəş açmaması və ya təcavüzkar və düşməncəsinə hərəkətə keçməməsi öhdəliyinin davam etdirilməsinə yönəldilib. Həmçinin qərara alınıb ki, hər iki tərəf sərhədlərdə və irəli bölgələrdə qoşunların ixtisarını təmin etmək üçün təcili tədbirləri nəzərdən keçirsin", - agentlik Hindistan ordusundan sitat gətirib.
Aysel Şirinova