Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Dünyada şərab satışı çöküb
dünya

Dünyada şərab satışı çöküb

12-05-2025 14:00 25 Baxış
IMG

2024-cü ildə bütün dünyada şərab satışı 1961-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Tvit.az xəbər verir ki, bu barədə "Kommersant" Beynəlxalq Üzümçülük və Şərab Təşkilatının (OIV) məlumatlarına istinadla məlumat verib.

Məlumata əsasən, ötən il şərab istehsalı il ərzində 5 faiz azalaraq 226 milyon hektolitə düşüb. Bu, 1961-ci ildən bəri rekord dərəcədə aşağı göstəricidir. 

Bildirilib ki, içkinin satışı da 214,2 milyon hektolitə (minus 3,3 faiz)  qədər azalıb. Bu da 60 ildən çox müddətdə ən aşağı göstəricidir.

Tendensiyanın səbəbi inflyasiya, artan qeyri-sabitlik, hərbi münaqişələr, eləcə də istehlakçı üstünlüklərində baş verən dəyişikliklər olub.

Aysel Şirinova