Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putin Netanyahu ilə danışıb
dünya

Putin Netanyahu ilə danışıb

06-05-2025 18:00 17 Baxış
IMG
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. Tvit.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
“Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub”, - deyə məlumatda bildirilir.

Putin və Netanyahu Böyük Qələbənin 80-ci ildönümü münasibətilə səmimi təbriklər mübadiləsi aparıb, həmçinin Rusiya və İsrailin İkinci Dünya Müharibəsi hadisələri ilə bağlı həqiqəti müdafiə etmək əzmində olduqlarını qeyd ediblər.
Aysel Şirinova