Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya İranın nüvə proqramı ilə bağlı anlaşmanı asanlaşdırmağa hazırdır
dünya

Rusiya İranın nüvə proqramı ilə bağlı anlaşmanı asanlaşdırmağa hazırdır

06-05-2025 14:00 34 Baxış
IMG
Rusiya prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkian ilə söhbətində Moskvanın nüvə proqramı ilə bağlı ədalətli razılaşmanı yaymağa hazır olduğunu bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

"Rusiya tərəfinin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli razılaşma əldə etmək məqsədilə bu dialoqun təşkili üçün hazır olması təsdiqləndi", - deyə bildirilib.

Həmçinin söhbət zamanı Putin limanda baş verən partlayışda insanların ölümündən sonra İran liderinə başsağlığı verib.

Aysel Şirinova