"TikTok" Avropalı istifadəçilərin şəxsi məlumatlarının Çinə ötürüldüyü iddiası ilə Aİ-nin yarım milyard avro cəriməsinə etiraz edəcək.
Tvit.az xəbər verir ki, bu barədə TikTok-un Avropadakı xarici əlaqələr üzrə rəhbəri Kristin Qran verdiyi açıqlamada danışıb.
"TikTok bu cəriməyə qəti etiraz edir və məhkəmədə ona meydan oxumaq niyyətindədir", - deyə bildirib.
O vurğulayıb ki, TikTok Avropa istifadəçilərinin şəxsi məlumatlarını saxlamaq üçün Avropada serverlərin qəbul edilməsi layihəsinə 12 milyard avro xərcləyib.
Aysel Şirinova