Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkmənistanda beynəlxalq hava limanı açıldı
dünya

Türkmənistanda beynəlxalq hava limanı açıldı

02-05-2025 18:00 27 Baxış
IMG

Türkmənistanın Balkan vilayətində yeni “Cebel” beynəlxalq hava limanının açılışı olub.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, açılış mərasimində prezident Berdiməhəmmədov iştirak edib. Hava limanı saatda 100 sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub və 200 tona qədər yük daşıma qabiliyyətinə malik yük terminalı ilə təchiz edilib.

Qeyd olunur ki, müasir aviasiya kompleksi regionun nəqliyyat infrastrukturunu gücləndirəcək və beynəlxalq əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Aysel Şirinova