Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır
sosial

Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır

02-05-2025 12:00 28 Baxış
IMG

Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır.

 

Tvit.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyada deyib.

 

Onun sözlərinə görə, sözügedən istiqamətdə maarifləndirici işlər aparılır:

 

“Əlbəttə, bu kimi halların qarşısının alınması istiqamətində maarifləndirici işlərin aparılması vacibdir. Biz müəyyən maarifləndirici görüşlər və söhbətlər aparırıq. Təbii ki, burada medianın da rolu danılmazdır”.