ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Mayk Vals və onun müavini Aleks Vonq mayın 1-də vəzifələrindən kənarlaşdırılıblar.
Bu barədə "Fox News" telekanalı mənbələrinə istinadən məlumat verib.
O iddia edir ki, Valtz və Vonqun dayandırılması "Signal" messenceri ilə baş verən qalmaqallı hadisə ilə bağlıdır. Mayk Valtz adlı istifadəçi "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberqə bu söhbətə qoşulmaq üçün müraciət göndərib. O, martın 24-də bu barədə məqalə dərc edib.