Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
sosial

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

01-05-2025 12:00 13 Baxış
IMG

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar, Babək məhəlləsi,Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar mayın 1-də saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

 

İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.