Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial NATO ekspertləri Bakıda hava əməliyyatları ilə bağlı kurs keçir
sosial

NATO ekspertləri Bakıda hava əməliyyatları ilə bağlı kurs keçir

01-05-2025 11:00 15 Baxış
IMG

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir.

 

Müdafiə Nazirliyindən Tvit.az-a verilən məlumata görə, keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir.


Kurs müddətində işçi qruplarla praktiki və nəzəri tapşırıqlar icra ediləcək. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.

 

Qeyd edək ki, təlim kursu mayın 2-dək davam edəcək.