Ukraynanın baş naziri Denis Şmıqal, Ukrayna mətbuatına verdiyi açıqlamada, ABŞ və Ukrayna arasında imzalanması gözlənilən nadir torpaq elementləri müqaviləsi üçün hazırlıq prosesini dəyərləndirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər.
Məlumata görə, Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkəsi ilə ABŞ arasında nadir metallar sazişinin 24 saat ərzində imzalanması gözlənilir.
Ukrayna Baş nazirinin müavini və İqtisadiyyat naziri Yuliya Sviridenkonun məsələ ilə bağlı müzakirələr üçün ABŞ-a getdiyini xəbər verən Şmiqal, Amerikalı həmkarlarımızla birlikdə son detalları artıq yekunlaşdırırıq, bütün detallar dəqiqləşdikdə, yaxın gələcəkdə - 24 saat ərzində müqavilə imzalanacaq və ilk addımı atacağıq deyib.
Aysel Şirinova