ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən gömrük rüsumları ilə bağlı açıqlama verib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, Çinlə anlaşmaya ümid etdiyini ifadə edən Tramp Çindəki fabriklərin Çin məhsullarını almadıqları üçün bağlandığını bildirib.
O, Çinlə ticarətin azaldığına diqqət çəkib. Tramp qeyd edib ki, dünyanın ən böyük yük gəmiləri 145 faiz tariflərə görə geri qaytarılıb:
"Mən bilirəm ki, Çin hazırda pis işləyir".
Aysel Şirinova