"Nazirlər Ukraynadakı münaqişə ilə bağlı öz milli mövqelərini xatırladılar. Onlar hazırkı səylərin davamlı sülh sazişinə gətirib çıxaracağına ümid etdiklərini bildirdilər", - braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlər həmçinin Ukraynada münaqişənin həllində vasitəçilik etmək üçün əhəmiyyətli təşəbbüsləri, o cümlədən "Sülh dostları" qrupunu qeyd ediblər.
Bundan əvvəl Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin bildirib ki, BRİkS kiməsə qarşı assosiasiya deyil.